Azərbaycanın İran və Gürcüstanla sərhədi də bağlı qalacaq

azerbaycanin-iran-ve-gurcustanla-serhedi-de-bagli-qalacaq
Oxunma sayı: 5547

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycanın İran və Gürcüstanla sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.

Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası və Gürcüstan Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.