Azərbaycanın İrandakı keçmiş səfiri vəfat etdi

azerbaycanin-irandaki-kecmis-sefiri-vefat-etdi
Oxunma sayı: 2829

Azərbaycanın İrandakı keçmiş səfiri, filologiya elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib.

"Qafqazinfo" report-a istinadən xəbər verir ki, o, 80 yaşında ürək xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində anadan olub.

O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.