“Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir” - İslam Əməkdaşlıq Təşkilatı

azerbaycanin-isgal-olunmus-erazileri-derhal-azad-edilmelidir
Oxunma sayı: 2775

İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağda baş verən prosesləri və Erməni silahlı qüvvələrin Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirdiyi hücumları dərin narahatlıqla izlədiyini bildirib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni Azərbaycan torpaqlarındakı işğalının davam etməsindən qaynaqlanan bu gərginlikdən narahatlığını bildirib.

"Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz azad etməlidir",- deyə Amid Mədəni bildirib.