Azərbaycanın İsraildə Turizm Nümayəndəliyi açıldı - Fotolar

azerbaycanin-israilde-turizm-numayendeliyi-acildi
Oxunma sayı: 1648

Azərbaycan İsraildə Turizm Nümayəndəliyi açıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik öz tviter səhifəsində məlumat verib.

“Azərbaycan İsraildə Turizm Nümayəndəliyini açır. Bu, ölkələrimiz arasında əlaqələrin dərinləşməsində böyük addımdır. İsrail və Azərbaycan, həmçinin turizm sahəsində əməkdaşlığa dair saziş imzalayıb”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, ötən ilin iyul ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı baş tutmuşdu.

Eldar Tanrıverdi