Azərbaycanın maliyyə bazarında yeni investisiya şirkəti - “MFX-Trading”

azerbaycanin-maliyye-bazarinda-yeni-investisiya-sirketi
Oxunma sayı: 1131

Azərbaycanın maliyyə bazarında yeni investisiya şirkəti “MFX-Trading” ASC fəaliyyət göstərməyə başlayıb. Bakı Fond Birjasının üzvülüyünə qəbul olunmuş Şirkət öz fiziki və korparativ müştərilərinin yerli emitentlərin qiymətli kağızlarının alışı və satışı üzrə sifarişlərini yerinə yetirir.

Bundan başqa “MFX-Trading”  şirkəti tərəfindən Azərbaycanda ilk dəfə Forex bazarında öz vəsaitləri ilə ticarət əməliyyatları həyata keçirən müştərilərə üstün funksionallığına görə ən qabaqcıl ticarət platforması hesab edilən «Meta-Trader 5» terminalı təklif edilmişdir.

Şirkətin saytında (www.mfx.az) online rejimdə qeydiyyatdan keçərək hesab açmaq, hesaba plastik kart vasitəsilə vəsait yatırmaq və ticarət platformasını yükləyərək dünya birjalarına qoşulub müstəqil şəkildə ticarət əqdləri icra etmək üçün bütün imkanlar yaradılmışdır. Qeydiyyat prosedurlarını MFX-Trading”  şirkətinin biznes tərəfdaşı olan «Muğanbank» ASC-nin yerli filialları vasitəsilə də həyata keçirmək mümkündür.

Şirkətinin təklif etdiyi xidmətlər siyahısına, həmçinin Microsoft, Nike, Coca-Cola, Apple, McDonald’s, Boeing, American Express, Amazon, Facebook kimi dünyanın aparıcı şirkətlərinin hissə sənədlərinin (səhm) real alışı vasitəsilə investisiya yatrımları etmək imkanları da daxildir.

Valyuta risklərinin hedc edilməsində mühüm əhəmiyyət kəsb edən fyuçers, opsion və digər maliyyə alətləri ilə əməliyyat aparmaq istəyən sahibkarlar üçün Şirkətin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən geniş məsləhət xidmətləri də göstərilir.