Azərbaycanın məşhur kinolarından kadrarxası - Fotolar

azerbaycanin-meshur-kinolarindan-kadrarxasi-
Oxunma sayı: 3615

Bu gün “Gənclik” metrostansiyasında 2 avqust Azərbaycan kino günü ərəfəsində “Azərbaycan kinosu” adlı sərgi keçirilib.

Qafqazinfo” xəbər verir ki,  sərgidə 92 əsər nümayiş etdirilib. Bunlardan 57-si  filmlərdən çəkilmiş kadrlar,  qalanları isə kadraarxası fotolardır.

Sərginin nümayişi 6 ay davam edəcək.

Fotolar: Nuran Məmmədov