“Mediaforum” saytı fəaliyyətini dayandırır.
“Qafqazinfo” xəbər verir ki, iyulun 28-dən bütün işçi kollektivi ilə birgə yay məzuniyyətinə çıxan sayt fəaliyyətini bu gün bərpa etməli idi. Lakim saytda hələ ki, heç bir yeniləmə yoxdur.
Əldə etdiyimiz məlumata görə, saytın əməkdaşları iki aydır maaşlarını ala bilmirlər. Saytın fəaliyyətini dayandırmasına səbəb isə yeganə gəlir mənbəyi olan “İREX Azərbaycan” (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökümət təşkilatının bank hesabına həbs qoyulmasıdır.
Qeyd edək ki, saytın baş redaktoru Azər Qaraçənli ilə əlaqə saxlamaq istəyimiz baş tutmadı.
Xatırladaq ki, avqustun 4-də Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş "qanun pozuntuları faktlarına" dair "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə cinayət işi başlanıldığını bildirmişdi. Bundan sonra isə həmin təşkilatların hesabına həbs qoyulub. Xarici təşkilatlardan maliyyələşən və vergi yayınmlarında ittiham olunan bir neçə şəxs də həbs olunub.
***
“İnternyus Azərbaycan” İctimai Birliyinin baş direktoru, «Media forum» saytının təsisçisi İlham Səfərov AzNews.az-a açıqlamasında "mediaforum"un bağlanması xəbərinə aydınlıq gətirib.
O vurğulayıb ki, saytın əməkdaşları məzuniyyətdədir və ayın sonundan hamı işə çıxacaq: “Saytın kollektivi avqust ayının 1-dən məzuniyyətə çıxıb. Sentyabrın 1-dən Mediaforum.az əvvəlki qaydada işinə davam etdirəcək. Yəni saytın bağlanması ilə bağlı xəbər boş söhbətdir. Bu cür məlumatların saytımıza qarşı təxribat olduğunu da istisna etmirəm”.
"Qafqazinfo"nun qeydi: Məlumatın yalan olduğunu bildirən və heç bir problemin mövcud olmadığını iddia edən İ.Səfərov nəyə görəsə xəbərdəki açıq suallara cavab verməyib. Məsələn, maliyyəçi “İREX Azərbaycan”ın hesabına həbs qoyulubsa, bundan sonra necə işləyəcəklərinə, bu gün işə çıxacaqları halda niyə məzuniyyətin uzandığını, eyni zamanda əməkdaşların iki aydır maaş ala bilməmələri problemszilikdirmi? Əlbəttə ki, mediaforum kimi saytın problem yaşamasını heç kim istəməz, aglı başında olan media heç istəməz. Ancaq problem varsa, onu etiraf etmək lazımdır və ya həllinə çalışdğını demək. Daha yalandır, her şeyin əla olduğunu iddia etmək qeyri-səməmilikdir... Bu təkzibi hazırlayanlar da açıq suallara cavab istəməliydilər...
***
“İnternews Azərbaycan” İctimai Birliyinin qərarı ilə məzuniyyətimiz bir həftə uzadılıb. “Mediaforum.az” saytının hər hansı bir maliyyə problemi yoxdur. Hansısa bir problem varsa, “İnternews Azərbaycan” İctimai Birliyi ilə bağlı ola bilər".
Bunu Modern.az-a açıqlamasında “Mediaforum.az” saytının baş redaktorunun müavini Hikmət Sabiroğlu saytın hazırda fəaliyyət göstərməməsinin səbəbini izah edərkən deyib.
O bildirib ki, sadəcə, qeyri-hökumət təşkilatları ilə bağlı müəyyən problemlər var. H.Sabiroğlunun sözlərinə görə sayt bir həftədən sonra fəaliyyətini davam etdirəcək. "O problemlər həll olunur. Bir həftədən sonra sayt fəaliyyətinə davam edəcək”.

Son xəbərlər
Son Xəbərlər