Azərbaycanın qara kürüsünə tərif yağdırdı - Foto

azerbaycanin-qara-kurusune-terif-yagdirdi
Oxunma sayı: 2275

Rusiyalı musiqi prodüseri Yana Rudkovskaya İnstaqram hesabında Azərbaycanın qara kürüsü barədə təəssüratlarını bölüşüb.

“Qafqazinfo”nun məlumatına görə, səhər yeməyi zamanı çəkdiyi fotonu sosial şəbəkədə paylaşan Rudkovskaya kürünün onun ürəyincə olduğunu qeyd edib.

“Dostlarım səhər yeməyi üçün Azərbaycandan qara kürü göndəriblər. Mən ilk dəfə bu ölkənin kürüsünün dadına baxdım. Çox dadlıdır!”, - prodüser İnstaqramda yazıb.