“Azərbaycanın razılığı ilə Ermənistanla normallaşma addımları atılır” - Çelik

azerbaycanin-raziligi-ile-ermenistanla-normallasma-addimlari-atilir
Oxunma sayı: 855

“Qarabağ zəfərindən sonra yeni bir fürsət pəncərəsi açılıb”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ermənistan iddialarından uzaq dursa, Azərbaycana qarşı aqressiv münasibətindən əl çəksə, regionun digər dövlətləri, Rusiya, İran və Gürcüstanın iştirakı ilə geniş çərçivəli sülh mexanizmi ortaya çıxa bilər” sözlərini xatırladan çelik bildirib: 

“Cənab Prezidentimiz regional sülhə töhfə vermək və Qara dənizdə böhranın qarşısını almaq üçün bu missiyasını qətiyyətlə davam etdirir və "Bir millət - iki dövlət" konsepsiyası çərçivəsində Azərbaycanın razılığı ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Türkiyə Azərbaycan xalqının və dövlətinin məqsədəuyğun hesab etmədiyi heç bir təşəbbüsdə iştirak etməyəcək”.