Azərbaycanın rəqibi baş məşqçi axtarır

azerbaycanin-reqibi-bas-mesqci-axtarir
Oxunma sayı: 637

Azerisport.az xəbər verir ki, futbol qurumunun rəhbərliyi bəyan edib ki, hazırkı baş məşqçi Yosip Kuje ilə əməkdaşlıqları başa çatıb.

Qeyd edək ki, “Qarabağ”ın futbolçuları Admir Teli ilə Ansi Aqollini mütəmadi olaraq yığmaya dəbət edən bu mütəxəssis 2009-cu ilin may ayından etibarən Albaniya millisinin sükanı arxasında çalışırdı. Lakin AÇ-2012-nin seçmə mərhələsində o, qarşısına qoyulan vəzifəni yerinə yetirə bilməyib.

Bu üzdən də AFA rəhbərliyi onunla müqaviləni yeniləməkdən imtina edib. Qeyd edək ki, Albaniya yığması noyabrın 11-də Tiranada Azərbaycanla qarşılaşmalıdı.