Azərbaycanın reytinqi yenə irəlilədi

azerbaycanin-reytinqi-yene-ireliledi
Oxunma sayı: 654

Azerisport.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində evdə “Banga” üzərində qazandığı qələbə (3:0) sayəsində gerçəkləşib. Belə ki, Ağdam təmsilçisinin rəqibi üzərindəki möhtəşəm qələbəsi Azərbaycana daha 0,250 reytinq xalı qazandırıb. Lakin təəssüf ki, Avroliqanın birinci təsnifat mərhələsindəki digər təmsilçimiz AZAL bu mənada ölkəmizə heç nə qazandıra bilməyib. Belarus “Minsk”i ilə səfər matçında uduzan (1:2) “təyyarəçilər” sadəcə Bakıdakı heç-heçə sayəsində qazandıqları 0,125 reytinq xalı ilə təsəlli tapa bilərlər.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin ilk oyunları zamanı Azərbaycan 0,375 reytinq xalı qazanmışdı. Bundan 0,250-si “Qarabağ”ın, 0,125-i isə “təyyarəçilər”in payına düşmüşdü. Bu uğur sayəsində ölkəmiz ötən həftə UEFA reytinqində bir pillə irəliləməyə nail olmuşdu. Belə ki, Sloveniya təmsilçiləri daha zəif nəticə göstərdiyindən, Azərbaycan bu ölkəni qabaqlamağa nail olmuşdu.

“Qarabağ”ın ikinci matçında da qələbə qazanması isə Azərbaycanın Latviyanı da geridə qoymasına şərait yaradıb. Artıq ölkəmiz 36-cı pilləyə qalxıb.
Hazırda Azərbaycanın 5.457 reytinq xalı var. Onu da əlavə edək ki, klublarımızın istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0,125 xal verir. Bir sözlə, mümkün qədər çox qələbə qazanmaq lazımdı.

Sonda reytinq cədvəlinin 32-42-ci sıralarındakı ölkələrin siyahısını təqdim edirik.

Mövqe Ölkə 2007/08 2008/09 2009/10 2010/11 2011/12 Cəmi
32 Gürcüstan 1.000 1.166 1.750 1.875 0.875 6.666
33 Moldova 1.333 0.666 2.125 2.125 0.000 6.249
34 İrlandiya 1.000 2.500 1.375 1.000 0.250 6.125
35 Litva 1.500 2.500 1.250 0.625 0.000 5.875
36 AZƏRBAYCAN 0.666 0.666 1.500 2.000 0.625 5.457
37 Sloveniya 0.666 1.333 1.375 1.500 0.500 5.374
38 Latviya 1.333 1.166 2.250 0.500 0.000 5.249
39 Makedoniya 1.666 0.500 0.500 1.375 0.750 4.791
40 İslandiya 1.166 1.166 1.250 0.375 0.750 4.707
41 Çernoqoriya 0.500 0.500 1.125 1.750 0.500 4.375
42 Qazaxıstan 0.750 0.833 1.250 0.875 0.625 4.333

Minə