Konfransı açıq elan edən proqramın aparıcısı Günay Firudinqızı müsabiqənin qalibinin ölkəmizi "Türkvision" mahnı müsabiqəsində təmsil edəcəyini bildirib.
Müsabiqə haqda danışan "Azərbaycanın səsi"nin münsif üzvü Nadir Qafarzadə isə "Türkvision"ın önəmli müsabiqə olduğunu vurğulayıb:
"Heç kim düşünməsin ki, "Türkvision" kiçik müsabiqədir. Bu müsabiqə "Eurovision"a bərabər müsabiqədir. Burada əksər türk dövlətləri iştirak edəcək. Keçən il biz birincilik əldə etmişdik. Mənim iki tələbəm var. Çox istəyərəm bu müsabiqədə ölkəmizi onlardan biri təmsil etsin. Çox istedadlı uşaqlardır. Ayrıseçkilik salmaq istəmirəm. Hər kəsə uğurlar arzulayıram".
Könül
Son xəbərlər
Son Xəbərlər