Azərbaycanın Tehrandakı Səfirliyi 15-20 günə açıla bilər

azerbaycanin-tehrandaki-sefirliyi-15-20-gune-acila-biler
Oxunma sayı: 1777

“Azərbaycanın İrandakı Səfirliyi yaxın zamanlarda yenidən fəaliyyətə başlayacaq”.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin Avrasiya idarəsinin direktoru Müctəba Dəmirçilu açıqlayıb.

Onun sözlərinə görə, səfirliyin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-si Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.