“Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənləri yanğının qarşısını alıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən bildirib.
“Zərərçəkmiş insanlara dəstək göstərilib, hazırda Azərbaycanın tibbi heyəti Xankəndidə yerli əhaliyə xidmətlər göstərir”, - Prezident vurğulayıb.