Azərbaycanın turizm sektorunda “SS Travel & Tourism” adlı yeni bir şirkət fəaliyyətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, şirkətin açılmış mərasimində məşhur sənətçilər, turizm sektorunun nümayəndələri, rəhbərlik və jurnalistlər iştirak edib. Şirkətin əməkdaşları və rəhbərliyi uzun illərdir bu sahədə təcrübə toplayıb, istər yerli, istərsə də xarici partnyorlarla sıx əməkdaşlıq edib. “SS Travel & Tourism” şirkəti turizm sahəsində bir neçə ildir fəaliyyət göstərən “Trend Travel” şirkəti ilə birlikdə “Metglobal” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir. “Metglobal” şirkəti dünyanın 156 ölkəsində, 2162 nöqtəsində 30 mindən artıq məhsulla turizm sektorunda dünyaca məşhur şirkətlərdən biridir. Dünyanın hər bir nöqtəsində müxtəlif tərəfdaşlarla birlikdə gücünə güc qatan “Metglobal” şirkəti ölkəmizin turizm üzrə müasir siyasətini nəzərə alaraq əməkdaşlığı daha da möhkəmləndirməyə qərar verib.
Açılış mərasimində çıxış edən “SS Travel & Tourism”-in direktoru Mustafalı Soltan bildirib ki, 5 ildir ki, Azərbaycan bazarında 320 turizm şirkətinə dəstək göstərirlər: “Biz hazırda “SS Travel & Tourism”-in 8 dünya brendinin nümayəndəliyini həyata keçiririk. Azərbaycanda daxili turizm sektorunda ön sırada dayanan şirkətlərdən biriyik. 5 il ərzində 20-dən çox ölkədə ölkəmizin, otellərimizin tanıtımını həyata keçirmişik. Hazırda Türkiyənin ən böyük şirkətlərindən olan “Diana Travel” ın Azərbaycan nümayəndıləyindən erkən rezervasiyaları 3 gün öncə almışıq. Müştərilərimizin Antalya, Bodrum və İzmirdə yerləşən otellərdə daha sərfəli və rahat şəkildə istirahət etməsini təmin edəcəyik. “SS Travel & Tourism” “Trend Travel”-a dəstək məqsədilə açılıb. Bu iki şirkət arasında olacaq sağlam rəqabət nəticəsində müştərilərə daha yaxşı xidmət etmək mümkün olacaq.
Biz hazırda turizm şirkətlərinə topdansatış şəklində tur paketləri satırıq: “Şirkətlərimizin heç biri pərakəndə satışla məşğul olmur. Biz yeni açılmış turizm şirkətlərinə də dəstək verməyə hazırıq. Lazım olarsa Türkiyədən, Avropadan da mütəxəssislər dəvət edirik”.
Şirkət rəsmisinin sözlərinə görə, Azərbaycada manatın ucuzlaşması turizm inkişafına müsbət təsir edir: “Xaricdən gələn turistlər dolları manata dəyişəndə ölkə daxilində daha çox xərcləyə bilirlər. Yerli paketlərin qiyməti 350 dollardan başlayır”.
Qeyd edək ki, açılış mərasimində əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənni Kərim, stilist Samiraldo iştirak edib.
Şirkətin xarici tur qiymətləri ilə sizi tanış edirik:
Berlin-Paris 499 avro, Barcelona-İtaliya 399 avro, Qaradəniz turu-599 manat, İstanbul turu- 299 dollar, Orta Avropa 189 avro, Dubay-399 manat, İspaniya-558 avro, Nyu York-899 dollar, Tokyo-1199 dollar, Snqapur- 899 dollar, Hindistan-1499 dollar, Disneyland-509 avro, Banqkok-759 avro, Amerika- 3499 dollar, Maldivdə bal ayı-899 dollar, Maldiv-Sinqapur paket turu- 509 avro, Budapeşt-309 avro, Praqa-Vyana-309 dollardır.
“SS Travel & Tourism” şirkəti sizə unudulmaz səyahətlər arzulayır.
Günel Türksoy
Fotolar: Nuran Məmmədov

















Son xəbərlər
Son Xəbərlər