“Qafqazinfo” xəbər verir ki, bu məsələ Türkiyə mediasının da gündəminə düşüb və Azərbaycanın “qara siyahı”sında yer almaqla bağlı narahatlıqlar ifadə edilib. AzTa rəhbəri Nahid Bağırovun xidmət səviyyəsini ölçmək məqsədi ilə türk otellərində yoxlamalar aparılacağı və sonda hansı otellərin "qara siyahı"ya düşəcəyinə dair hesabat aparılacağı ilə bağlı açıqlaması etirazla qarşılanıb.
Türkiyə mətbuatı yazır ki, bu qərar türk otelçilərinin narazılığına səbəb olub. Türk otellərinin sözçüsü TUROFED və TUROB rəhbərləri də “qara siyahı” məsələsinə münasibət bildiriblər. TÜROFED rəhbəri Osman Ayık bildirib ki, türk otellərinin xidmət səviyyəsi hər zaman çox yüksək olub: “Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin sənədləri də xidmət səviyyəsinə zəmanət verir. Bizim otellərimizin hamısı dünyada keçərli olan İSO sənədlərini alıb. Bu günə qədər heç bir ölkədən belə tələb gəlməyib. Bizə heç bir məlumat verilməyib”.
TUROB rəhbəri Timur Bayındır isə bildirib ki, bu otel ilə turizm şirkətləri arasında tənzimlənməli olan məsələdir. Bəyənərlərsə turist gətirərlər, bəyənməzlərsə gətirməzlər. Buna yoxlama demək olmaz. Nəzarət səlahiyyəti ancaq Turizm Nazirliyinə məxsusdur. Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırovu da yaxşı tanıyıram, pozitiv insandır. Görəsən, Türkiyədə başına onu qəzəbləndirəcək bir hadisə gəlib?”.
Son xəbərlər
Son Xəbərlər