“Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon hektardan çoxdur”

azerbaycanin-umumu-mese-fondunun-sahesi-1-milyon-hektardan-coxdur
Oxunma sayı: 1455

Meşələrin yeni inkişaf strategiyası və fəaliyyət planı hazırlanır. Bu baradə “Qafqazinfo”ya məlumatı Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov verib.

O bildirib ki, yeni Milli Meşə Proqramının hazırlıq işlərinə 2018-ci ildə başlanılıb və bununla bağlı beynəlxalq ekspertlərin, FAO-nun və Nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə geniş müzakirələr aparıldıqdan sonra Proqramın yeni ilkin layihəsi tamamlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq:

“Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon 213 min hektardır ki, bu da ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir. Meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi nazirliyin əsas prioritetlərindən biridir. Bu istiqamətdə işləri daha sistemli və kompleks şəkildə qurmaq üçün hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq Proqramın ilkin layihəsi hazırdır”.