“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər”

azerbaycanin-vergi-sistemi-realliqlar-ve-perspektivler
Oxunma sayı: 1333


“Qafqazinfo” xəbər verir ki, forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın vergi xidməti orqanlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və kütləvi informasiya vasitələri nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbirin sonunda yekun nitqi ilə çıxış edən Vergilər naziri Fazil Məmmədov vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni keyfiyyət müstəvisinə yüksəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Vergilər Nazirliyi yeni ideyalara və innovasiyalara açıqdır və beynəlxalq qurumlarla, işgüzar dairələrlə dialoq və partnyorluq münasibətlərinin genişləndirilməsinə və buna xidmət edən hər bir addımı və ideyanı dəstəkləməyə hazırdı. Daha sonra o yaxın perspektivdə vergi orqanları qarşısında duran konkret vəzifələrə də toxunub.

Forum çərçivəsində cənab F.Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirmiş və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.