Azərbaycanın virtual məkanında yeni ədəbiyyat dərgisi

azerbaycanin-virtual-mekaninda-yeni-edebiyyat-dergisi
Oxunma sayı: 643

“Yazarklub” gənc e – dərgisinin şef redaktoru Oktay Hacımusalının verdiyi məlumata görə, dərgi müasir Azərbaycan ədəbiyyatının ən müxtəlif sahələrinə nüfuz etməyə çalışacaq: “Biz çalışacağıq ki, Azərbaycan ədəbiyyatında gənclərin öz layiqli yerlərini tutumaları üçün əlimizsdən gələni əsirgəməyək. Dərgidə düşüncə və ideologiya baxımından, heç ayrı – seçkilik olmayacaq. Əsas olan mətnlərin bədii keyfiyyəti olacaqdır”. Oktay Hacımusalı daha sonra bildirib ki, Azərbaycan ədəbiyyatında yetişəcək gənc nasirlərin üzə çıxması üçün “Yazarklub” gənc e – dərgisi yeni imzalar arasında kiçik həcmli hekayələr müsabiqəsinə də start verir. Yazıların qəbulu [email protected] elektron ünvanında olacaq. Yazısını göndərən müəlliflər haqqında qısa məlumat, əlaqə vasitəsi və şəkillərini də əlavə etməlidirlər. Yazıların qəbulu, 16 oktyabr 2011 – ci ildən, 16 noyabr 2011 – ci ilə qədərdi. 16 noyabrdan 16 dekabr ayına qədər seçim mərhələsidir. 28 dekabr 2011 – ci ildə qaliblər elan olunacaq. Müsabiqədə qalib gələn I yerin sahibinin kitabı “YazarKlub” heyəti tərəfindən pulsuz olaraq dərc olunacaq, II və III yerlərin sahiblərinə isə diplomlar təqdim olunacaq. II və III yerlə üçün hədiyyələr də əlavə oluna bilər.
Qeyd edək ki, yenicə fəaliyyətə başlamış e – dərginin təsisçisi və baş redaktoru Zaur Qəriboğlu, şef-redaktoru Oktay Hacımusalıdır