Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub etdi

azerbaycanin-voleybol-millisi-xorvatiyani-meglub-etdi
Oxunma sayı: 2411

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yığma Xorvatiyada meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 3:0 (25:19, 25:19, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komanda mayın 18-də saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.