“Azərbaycanın XİN-i, DİN-i və ASAN-ı xaricdə də işləməlidir”

azerbaycanin-xin-i-din-i-ve-asan-i-xaricde-de-islemelidir
Oxunma sayı: 1350

“Azərbaycanda 100 min nəfərə 1 nəfər, dünyada isə 13 nəfər insan alveri qurbanı düşür. Azərbaycanda bu cinayət törədənlərə ən ağır cəzalar tələb olunur. Azərbaycan polisə güvən baxımından ön sıralarda, 30-cu yerdədir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisdə deyib.

Onun sözlərinə görə, dünya 1000 illər boyu müxtəlif quruluşlardan keçsə də, hələ də quldarlıq psixologiyası davam edir: “İnsan alverinin qarşısını almaq üçün görüləcək birinci iş onun səbəblərini aradan qaldırmaqdır. Burada ən önəmlisi Azərbaycanın daxilində yaşayan insanlardan başqa xaricə gedən azərbaycanlıların taleyidir.

Onlar Azərbaycandan çıxırlar, Azərbaycan vətəndaşlığından çıxmırlar. Miqrantlar xaricə gedir, o ölkələrin vətəndaşları olmadan orada yaşayır. Bunlar çox vaxt sənəd almaq, orada mövcud hüquqi imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də ASAN Xidmət səyyar xarici ölkələrdə də fəaliyyət göstərməlidir. Bu vətəndaşlarımızın sənədsiz fəaliyyətinin qarşısını ala bilər. Xarici ölkələrdə səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır”.

Günel Türksoy