Azərkosmos Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report” Azərkosmosdan bildirilib.
Cavabda qeyd olunub ki, danışıqlar davamlı prosesdir: “Ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək. Ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur. Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələbləri var. Bu gözləntilər daim dəyişir və yenilənir”.
Bildirilir ki, eyni zamanda, peykin orbitə buraxılmasından əvvəl gələcəkdə yeni peyk layihəsindən ölkəmizin əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir.
Xatırladaq ki, “Azersky" – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
Son xəbərlər
Son Xəbərlər