Azərbaycanın yeri dəyişmədi- - Cədvəl

azerbaycanin-yeri-deyismedi-
Oxunma sayı: 1185


Dünən Avroliqada oynayan klublarımızdan “Neftçi” və “İnter”in heç-heçəsi hesabımıza 0.125 xal gətirib. 

Nəticədə son 5 mövsümə əsasən hesablanan əmsalımız 10,750-yə yüksəlib. Lakin bu artım heç də xeyrimizə olmayıb. Təmsilçiləri daha uğurlu çıxış edən Serbiya xal hesabında Azərbaycana çatıb. Ölkəmiz kimi hesabında 10,750 xal olan balkanlılar cari mövsümdə daha yaxşı çıxış etdiyindən 28-ci yeri də Azərbaycandan alıb. O qədər də uğurlu alınmayan start 1 pillə geriləməklə nəticələnib.

Qeyd edək ki, siyahıya İspaniya (84,070), Almaniya (65,463) və İngiltərə (63,659) başçılıq edir.