“Azərbaycanla birgə layihələr həyata keçirə bilərik”

azerbaycanla-birge-layiheler-heyata-kecire-bilerik
Oxunma sayı: 2401

“İran qonşu ölkələrlə münasibətlərini gücləndirmək niyyətindədir”.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bu gün keçirdiyi ilk mətbuat konfransında deyib.

“Bu xüsusda, İraqa səfər etdim və birgə layihələr həyata keçirmək barədə qərara gəldik. Eyni əməkdaşlığı Pakistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də həyata keçirə bilərik”, - deyə Pezeşkian qeyd edib.