“Azərbaycanla demarkasiya və delimitasiya prosesi həyata keçirilməyib”

azerbaycanla-demarkasiya-ve-delimitasiya-prosesi-heyata-kecirilmeyib
Oxunma sayı: 1875

“Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya prosesi hələ həyata keçirilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasınınn iclası zamanı müxalif millət vəkillərinin suallarını cavablandırarkən deyib.

“Dövlət sərhədinin demarkasiya və delimitasiyası hələ aparılmayıb. Bunu siz özünüz də bilirsiniz. İctimai çıxışlarda dəfələrlə qeyd olunub ki, hətta Ermənistanla Gürcüstan arasındakı sərhəddə belə bu proses başa çatmayıb. Bunlar illərdir müzakirə olunan mübahisəli məsələlərdir”, - deyə Sarkisyan qeyd edib.