“Azərbaycanla əlaqələri daha da dərinləşdirəcəyik” - ABŞ səfiri

azerbaycanla-elaqeleri-daha-da-derinlesdireceyik
Oxunma sayı: 995

ABŞ-ın Azərbaycana yenicə təyin edilmiş səfiri Örl Litzenberqer 29 martda Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda qonaq spiker kimi çıxış edib. 

Səfirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Örl Litzenberqer ABŞ-ın Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verdiyini vurğulayaraq, ikitərəfli əlaqələri daha da dərinləşdirməyə və ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacağını ifadə edib. 

Naharda səfirlə yanaşı AmCham-ın 100-dən çox üzvü və tərəfdaşı, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ö. Litzenberq ABŞ-ın Ali Diplomatik Xidmətinin peşəkar üzvüdür və cari ilin 2 yanvarında ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ Senatı tərəfindən təsdiq edilib.