“Azərbaycanla Ermənistan arasında davamlı sülhə göstərilən təşəbbüsləri alqışlayırıq”

azerbaycanla-ermenistan-arasinda-davamli-sulhe-gosterilen-tesebbusleri-alqislayiriq
Oxunma sayı: 1212

“Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş təşəbbüslərə yardım göstərməyə hazırdır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Bakı ilə Yerevan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasına yönələn təşəbbüsləri alqışlamaya bilmərik. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il 9 noyabr və bu il 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar bunun üçün möhkəm əsasdır. Əlbəttə ki, Azərbaycan və Ermənistan qarşılıqlı etimadın lazımi səviyyədə qurulması, ikitərəfli münasibətlərin normallaşdırılması üçün çətin bir yolun başlanğıcındadırlar. Bu irəliləyişin müsbət bir fonla müşayiət olunması vacibdir”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın sabitliyi və davamlı iqtisadi inkişafı Rusiyanın bu bölgədəki bütün tərəfdaşlarının maraqlarına cavab verir:

“İnanırıq ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və inam atmosferinin yaradılmasına istiqamətlənən addımlara səy göstərəcəklər”.