“Qafqazinfo” xəbər verir ki, iyulun 4-nə olan məlumata görə, Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası və Mərakeş Krallığından 62 təşkilat Konqresdə iştirak etmək istədiyini bildirib. Rusiya Federasiyasına gəldikdə, Konqres iştirakçılarının coğrafiyası Uzaq Şərqdən Kareliyayadək və Şimali Osetiyadan – Alaniyadan Rusiyanın şimalınadək geniş ərazini əhatə edir.
“Həyat təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” V Beynəlxalq konqresi tamamilə gənclərin problemlərinə həsr olunacaq.
Bütün əvvəlki konqreslərdən fərqli olaraq bu il Konqresin tədbirləri təkcə Tavriya Sarayında – Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının iqamətgahında deyil, həm də “Lenekspo” kompleksinin meydançalarında keçiriləcək.
Qeyd edək ki, dünya statistikasına görə, yol-nəqliyyat hadisələrində əsasən məhz gənc insanlar həlak olur və zədə alırlar.
Son xəbərlər
Son Xəbərlər