“Azərbaycanla gərginlik mərhələsi başa çatıb” - Abdullahian

azerbaycanla-gerginlik-merhelesi-basa-catib
Oxunma sayı: 2792

“Tehranla Bakı arasında baş verən aşkar gərginlik mərhələsi başa çatıb”.

“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian keçirilən mətbuat konfransında deyib. 

“Azərbaycanlı həmkarım Ceyhun Bayramovla təmaslarımız olub. Hesab edirəm ki, ictimai gərginlik mərhələsi başa çatıb. Düşünürəm ki, aramızdakı problemlər tədricən həll olunacaq”, - deyə Abdullahian qeyd edib.