Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkəsi ilə Azərbaycan arasında olan mübahisəli sərhəd ərazilərindən danışıb. “Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, dövlət rəsmisi bu barədə “İmedi” telekanalının “Xronika” verilişində qonaq olarkən açıqlama verib.
M. Baxtadzenin sözlərinə görə, Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq.
Baş nazir hesab edir ki, delimitasiya və demarkasiya prosesi çətin olsa da, həllini tapacaq.
Son xəbərlər
Son Xəbərlər