Cari ilin birinci rübündə Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi 66 faiz artaraq 300 milyon dollara yaxın olub.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycanda 230-dək Hindistan kapitallı şirkət fəaliyyət göstərir. Hindistan şirkətləri Azərbaycan iqtisadiyyatında 1,2 milyard dollar investisiya yatırıb. 2018-ci ildə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 84 faiz artıb.
Son xəbərlər
Son Xəbərlər