“Azərbaycanla iqtisadi əlaqələrlə bağlı mühüm addımlar atılıb”

azerbaycanla-iqtisadi-elaqelerle-bagli-muhum-addimlar-atilib
Oxunma sayı: 1051

“Türkiyə ilə Azərbaycan arasında gələcək iqtisadi əlaqələrlə bağlı mühüm addımlar atılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib. O vurğulayıb ki, son zamanlar atılan belə addımlardan birincisi Şuşa Bəyannaməsidir. 

Sədr, həmçinin bu il aprelin 1-dən Azərbaycan və Türkiyə vətəndaşlarının pasport olmadan tək şəxsiyyət vəsiqəsi ilə iki ölkə arasında gediş-gəlişinin asanlaşdırılmasını bu məqsədə xidmət edən addım olaraq qiymətləndirib.

Bununla yanaşı, Mustafa Şentop bu ilin martın 1-də iki ölkə arasında preferensial ticarət haqqında sazişin imzalanmasını da vurğulayıb.

O bildirib ki, iki ölkə arasında sərbəst ticarətlə bağlı müzakirələr tamamlandıqdan sonra iqtisadi əlaqələri daha çox inkişaf etdirəcək əlverişli mühit yaranacaq.