Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun iclası olub

Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun iclası olub
Oxunma sayı: 464

Azərbaycan ilə İran arasında İKT üzrə işçi qrupunun iclası başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, mayın 15-də Bakı şəhərində işə başlayan ikigünlük iclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İran tərəfindən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Rabitə Tənzimləmə Qurumunun prezidenti Hüseyn Fallah Çoşaqani rəhbərlik edib.

İclas çərçivəsində iki ölkə arasında radio-televiziya yayımı, radiotezliklərin idarə olunması, rabitə infrastrukturu, poçt xidmətləri, startaplar, peyk xidmətləri və elektron təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda müzakirə olunan məsələlərin yekunlarına dair Protokol imzalanıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi