Azərbaycanla İran arasında münasibətlər müzakirə edildi

azerbaycanla-iran-arasinda-munasibetler-muzakire-edildi
Oxunma sayı: 1621

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat yayılıb.

Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.