Azərbaycanla İran arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

azerbaycanla-iran-arasinda-neft-qaz-sahesinde-emekdasligin-inkisafi-muzakire-olunub
Oxunma sayı: 1154

Baş nazirin müavini Şahin Mustafayev İranın neft naziri Cavad Övci ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycana nəqli-mübadiləsi üzrə layihənin uğurlu həyata keçirilməsindən, neft və qaz sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Həmçinin, müştərək layihələrin hər iki ölkə üçün faydası və əlaqələrin möhkəmlənməsində önəmi vurğulanaraq bu istiqamətdə işlərin davam etdirilməsi qərarlaşdırılıb.