“Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70% artıb”

azerbaycanla-iran-arasinda-ticaret-dovriyyesi-70-artib
Oxunma sayı: 883

Azərbaycan və İran arasında son ildə ticarət dövriyyəsi təqribən 70% artıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev fevralın 9-da İranın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı – İnqilab gününə həsr olunmuş tədbirdə deyib.

Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.

Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir iki ölkə arasında son üç ildə 40-dək sənədin imzalandığını bildirib.

Şahin Mustafayev həmçinin bildirib ki, əlaqələrin inkişafında Azərbaycan-İran Dövlət Komissiyası böyük rol oynayır.

Son ildə iki ölkə arasında ticarət dövriyyəsi təqribən 70 faiz artmasını bildirən nazir müntəzəm olaraq görüşlərin, biznes forumların və sərgilərin keçirildiyini deyib.