“Qafqazinfo” xəbər verir ki, Yavər Camalov nümayəndə heyətinə qurumun fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə Azərbaycan ilə Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyəti nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunda istehsal prosesinin gedişini izləyib, MSN-in müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.
Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Yeva Majore də görüşdə iştirak edib.
Son xəbərlər
Son Xəbərlər