Azərbaycanla oyun öncəsi dəyişiklik

azerbaycanla-oyun-oncesi-deyisiklik
Oxunma sayı: 806

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda Azərbaycanı qəbul edəcək Slovakiya yığması daha bir itki ilə üzləşib.

"Qafqazinfo" xəbər verir ki, qapıçı Dominik Qreyf zədə səbəbindən yığmanın düşərgəsindən ayrılıb. "Slovan"ın qolkiperinin əvəzinə milliyə "Jilina"nın qapıçısı Dominik Holek dəvət edilib.

Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan Robert Mak da Azərbaycana qarşı oynamayacaq.

Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq.