“Arsenal”ın qapıçısı Petr Çex ölkəsi Çexiyada mövsümün ən yaxşı futbolçusu seçilib. 35 yaşlı qolkiper yerli jurnalistlər arasında keçirilən səsvermədə birinci olub və “Qızıl top” mükafatına sahib çıxıb. Bununla da o, bu mükafatı 11-ci dəfə qazanaraq rekord qırıb.
“Qafqazinfo” xəbər verir ki, mərasim zamanı təcrübəli əlcək sahibi jurnalistlərin suallarını cavablandırıb. Yığma karyerasını ötən il tamamlayan Çex bu məsələyə yenidən toxunub: "Yığmanın matçlarını TV-dən izləmək qəribədir, bu, məni silkələyir. Lakin düzgün qərar verdiyimi hiss edirəm".
Çexiya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasıyla eyni qrup mübarizə aparır və 5 turdan sonra 8 xal toplayıb. Çex komandanın çıxışı haqda da danışıb: "Seçmə mərhələyə yaxşı start vermədik. Şimali İrlandiya və Azərbaycanla oyunlarda çətinlik çəkdik. Hər iki komanda ilə ev qarşılaşmasında qeydə alınan nəticə bunu təsdiqləyir. Oyun olaraq yaxşı çıxış etdik, amma şans bizdən üz döndərirdi. Biz yığmada oynayan oyunçula""ra dəstək olmalıyıq və inanıram ki, Norveçlə oyunda gülən tərəf biz olacağıq".
Son xəbərlər
Son Xəbərlər