Azərbaycanla oyundan sonra istefaya göndərildi

azerbaycanla-oyundan-sonra-istefaya-gonderildi
Oxunma sayı: 3542

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib.

“Qafqazinfo” Apasport.az-a istinadən xəbər verir ki, bu gün keçirilən iclasda İcraiyyə Komitəsinin üzvləri 44 yaşlı məşqçi ilə əməkdaşlığa son qoyulmasını istəyiblər.

Yeni baş məşqçinin adı sentyabrın 21-nə kimi bəlli olacaq. Bu müddət ərzində Xorvatiya Futbol Federasiyası bu posta namizəd məşqçilərlə danışıq aparacaq.

Əsas namizədlər Ante Kaçiç və Nenad Qraçandı.

Qeyd edək ki, Kovaç 2013-cü ildən Xorvatiya yığmasına başçılıq edirdi. Onun istefaya göndərilməsi məsələsi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qolsuz heç-heçə və Norveçə məğlubiyyətdən (0:2) sonra gündəmə gəlmişdi.