“Azərbaycanla qardaşlığımız regionda sülh və sabitliyin təminatıdır” - Sinan Oğan

azerbaycanla-qardasligimiz-regionda-sulh-ve-sabitliyin-teminatidir
Oxunma sayı: 2337

“Azərbaycanla dost və qardaşlığımız regionda sülh və sabitliyin təminatıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan tviterdə yazıb.

O, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib:

“Dost və qardaş Azərbaycan xalqının 15 iyun - Milli Qurtuluş Gününü təbrik edirəm. 15 iyun həm də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümüdür. Mübarək olsun!”.