“Azərbaycanla qarşılaşma bizim üçün önəmlidir”

azerbaycanla-qarsilasma-bizim-ucun-onemlidir
Oxunma sayı: 911

Qətər millisinin baş məşqçisi Xorxe Fossati millimizlə keçiriləcək beynəlxalq yoldaşlıq oyunu haqda fikirlərini bildirib.

Qafqazinfo” xəbər verir ki, uruqvaylı çalışdırıcı millimizlə oyunun çətin keçəcəyini deyib: "Azərbaycan millisi bizimlə müqayisədə fiziki oyuna üstünlük verən komandadır. Düşünürəm ki, buna görə bizi çətin qarşılaşma gözləyir. İran və Özbəkistana qarşı keçirəcəyimiz rəsmi matçlardan öncə Azərbaycan yığması ilə üz-üzə gəlmək bizim üçün önəmlidir".

Xatırladaq ki, Qətər - Azərbaycan oyunu martın 9-da baş tutacaq. Doha şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.