DİN Mətbuat Xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.
Respublikanın Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 29 şəxs tutulmuş, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 15 nəfər saxlanılmış, 9 nəfər itkin düşmüş şəxsin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 7 avtomat silah, 14 tapança, 9 mərmi, 45 ədəd yivli və lüləsi kəsilmiş ov tüfəngi, 21 qumbara, 8 minə yaxın müxtəlif çaplı patron götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt aşkar olunmuş, külli miqdarda yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib.
Tədbirlər zamanı 679 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.
Analoji əməliyyatların cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından gələcəkdə də keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər