Bu gün səhər saatlarında Dağıstanın Dərbənd rayonunun polis postunda partlayış baş verib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayış “cənub quldur dəstəsi” kimi tanınan qruplaşma üzvləri tərəfindən törədilib. Terror nəticəsində 4 nəfər ölüb, 5-i isə yaralanıb. İlkin məlumata görə, onlardan biri polis, ikisi isə mülki vətəndaşdır.
Partlayışın canlı bomba tərəfindən törədildiyi ehtimal edilir.
Son xəbərlər
Son Xəbərlər