“Azərbaycanla strateji əlaqələrimizi dərinləşdirməyə davam edirik” - Ukrayna XİN

azerbaycanla-strateji-elaqelerimizi-derinlesdirmeye-davam-edirik
Oxunma sayı: 1025

“Bu gün Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Biz Azərbaycanla strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi Tvitter səhifəsində Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş paylaşımda yazılıb. 

Qeyd edilib ki, hər iki dövlət yaxşı dost və strateji tərəfdaş olaraq qalır.