“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu “The Telegraph”a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Xəbəri rus dilində oxuyun: Переданные Азербайджану восемь минных карт оказались неточными
Onun sözlərinə görə, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var: “Ötən ilin sonu bizə elə gəldi ki, yekun müqavilənin mətnini razılaşdırmağa yaxınıq. Güman edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra razılaşdırılmış maddələrin reallaşdırılmasına nail ola biləcəyik”.