Azərbaycanla sülhün olmadığını deyən separatçı “işdən” qovuldu

azerbaycanla-sulhun-olmadigini-deyen-separatci-isden-qovuldu
Oxunma sayı: 4405

Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin “Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin “rəis müavini” Boris Avakyan işdən çıxarılıb.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, buna səbəb Avakyanın aprelin 19-da Yerevanda mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər olub. Bildirilir ki, Boris Avakyan bu fikirləri ilə vəzifə səlahiyyətlərini aşıb:

“Avakyanın səsləndirdiyi iddiaların və fikirlərin əksəriyətini bölüşmürük. Üstəlik onun dediklərinin də bir hissəsi reallığa uyğun gəlmir. Uyğunsuz xidmət davranışı və vəzifəsindən sui-istifadə nəzərə alınaraq Avakyan tutduğu vəzifədən azad edilib”.

Xatırladaq ki, Avakyan mətbuat konfransı zamanı deyib:

“Azərbaycanla sülh olmayıb və yoxdur. 25 ildir bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətimizin bir hissəsi onlarla sülh olduğunu zənn edirlər və düşünürlər məsələ artıq həllini tapıb. Ancaq bu gün sülh yoxdur. Qarşımızda danışıqların aparıldığı düşmən dövlət var. Hərbi əməliyyatların olmaması sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi hələ imzalanmayıb”.