Azərbaycanlı 3 min rüşvət vermək istədi, 90 min cərimələndi

azerbaycanli-3-min-rusvet-vermek-istedi-90-min-cerimelendi
Oxunma sayı: 636

APA-nın məlumatına görə, adı çəkilməyən soydaşımız Rusiya ərazisində qeyri-leqal yaşayıb. Polis bu faktı müəyyənləşdirən zaman azərbaycanlı inzibati cəzadan və deportasiyadan yaxa qurtarmaq üçün polisin cibinə 3 min rubl pul qoymağa çalışıb. Rüşvət faktı ilə bağlı cinayət işi başlanıb, Tarbaqatay rayon məhkəməsinin qərarı ilə Azərbaycan vətəndaşı 90 min rubl cərimə olunub. Soydaşımızın artıq cərimənin 70 min rublunu ödədiyi bildirilir.