Azərbaycanlı aktrisa yeni türk filmində- - Fotosessiya

azerbaycanli-aktrisa-yeni-turk-filminde-
Oxunma sayı: 8397


Türkiyədə bir çox uğura imza atan  azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni filmə dəvət alıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən çəkilişinə 1 milyon 750 min lirə pul ayrılan ayrılan "Son məktub" filmində baş rolda oynayacaq qadın aktrisa müəyyənləşib. Çanaqqalaya həsr edilən bu filmdə Nəsrin Cavadzadə tibb bacısı Nihal obrazını canlandıracaq.

Könüllü olaraq döyüş meydadnına gedən tibb bacısı Nihal obrazını canlandıracaq aktrisa, filmdəki baş rolu ilə bağlı bunları deyib: “Özümü tarixi bir filmdə sınamaq istədim. 

Filmdəki hadisələr 1915-ci ildə baş verdiyi üçün o dövrə aid araşdırmalar apararaq Nihal obrazını mənimsəməyə çalışıram”.