Azərbaycanlı aktrisanın Türkiyədə məşhur qızı- - Fotolar+Video

azerbaycanli-aktrisanin-turkiyede-meshur-qizi-
Oxunma sayı: 8527


Türkiyədə yaşayıb fəaliyyət göstərən aktrisa Məlahət Abbasovanın qızı Sudə məşhurluqda anasını keçib. 

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, balaca Sudə artıq bir neçə serialda çəkilib. Hazırda Türkiyənin ATV kanalında yayımlanan "Huzur sokağı" serialında rol alan 8 yaşlı qızcığaz "Babam için", "Kız annesi", "İslam bülbülleri", "Ak kırlangıç" serialında baş rolllarda çəkilib.

Xatırladaq ki, Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub və İstanbulda yaşayır. Onun Uğur və Sudə adında iki övladı var.

Aktrisa İstanbul Bələdiyyəsi Şəhər Teatrında rejissor işləyir.